Sahil qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “DAF” markalı avtomobildən 2500 manat dəyərində ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Rüstəm Əliyev və Aydın Əbilov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.