Şagirdlərə narkotikin zərərləri haqda məlumat verilib - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları Veyisli, Hazırəhmədli və Qarasuçu kənd tam orta məktəblərində şagirdlərlə narkomaniya təhlükəsi mövzusunda növbəti maarifləndirici tədbirlər təşkil ediblər.

Stopnarkotik.az xəbər verir ki, görüşlər zamanı narkotik vasitələrin insan orqanizminə, psixoloji sabitliyə və gündəlik sosial həyata göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi şagirdlər arasında zərərli vərdişlərin qarşısının alınması, onların təhlükəli tendensiyalara qarşı daha məlumatlı olmasını təmin etmək olub.

Polis əməkdaşları şagirdlərlə mövzunu praktiki nümunələr üzərindən müzakirə edərək, belə hallarla qarşılaşdıqda necə davranmalı olduqları barədə tövsiyələr veriblər.

**