Şagirdi döyməkdə ittiham olunan məmur istefa verdi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.

"Unikal" xəbər verir ki, o, bu barədə özünün “Facebook” hesabında məlumat yayıb.

"Bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Bu gün vəzifəmdən ayrılıram", - deyə R.Hacıyev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Xaçmaz şəhər 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Nizam Ramiz oğlu Mirzəyevin valideynləri övladlarının R.Hacıyev tərəfindən döyülməsi ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.