Sabunçuda ev və mağazalardan oğurluq edən keçmiş məhbus ələ keçdi

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, gecə saatlarında rayon ərazisində yerləşən ev və mağazalardan elektrik avadanlıqları, eləcə də təmir-tikinti alətləri naməlum şəxs tərəfindən talanıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı H.Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.