Bakıda 44 yaşlı kişi evində ölü aşkarlanıb.
Hadisə Sabunçu rayonu, Aşıq Ələsgər küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
1980-cı il təvəllüdlü Samir Əhmədov evinin ikinci mərtəbəsində asılmış vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal edilir.
Araşdırma aparılır.