Sabunçuda 65 yaşlı qadın oğurluq etdi

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.