Sabunçuda 65 yaşlı kişi evinin qarşısında soyuldu - DƏFƏLƏRLƏ MƏHKUM OLUNAN 22 YAŞLI GƏNC SAXLANILDI

Sabunçu rayonu ərazisində soyğunçuluq hadisəsi barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan 65 yaşlı kişi evinin girişində naməlum şəxsin 2800 manatını talamasını bildirib. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı T.Qarazadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az