Sabunçu və Sumqayıtda iki nəfərin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Stopnarkotik.az xəbər verir ki, həyata keçirilən tədbirlərlə 47 yaşlı S.Poladov və 29 yaşlı N.Hümbətov saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan 1 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Hər bir faktla bağlı araşdırma aparılır.