İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evinə basqın edən şəxslərin axtarışı davam edir.
Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, onların 4 nəfər olduğu bildirilir.
Hələlik onlardan biri saxlanılıb, 3-nün axtarışları aparılır.
Əldə etdiyimiz məlumata görə, basqında ağır yaralanan ev sahibi Arif Hüseynov soyuducu ustasıdır, həyat yoldaşı Gülnarə Hüseynova isə ibtidai sinif müəllimi olub. Hadisə gecə saat 3-4 arası baş verib. Basqının qarət məqsədi ilə törədildiyi deyilir.