Şabranda bədbəxt hadisə: doğuş zamanı ana və uşaq ölüb / YENİLƏNİB

Şabranda doğum evində ana və uşaq ölümü ilə bağlı müvafiq araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən
​​​​​​Stopnarkotik.az-a bildirilib ki, faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

***

18:50

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 9 aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının 3-cü hamiləliyi olub. K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.