Şabranda 32 yaşlı qadın özünü öldürdü

Şabran rayonunda intihar hadisəsi baş verib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, rayonun Vələsli kənd sakini, 1991-ci il təvəllüdlü Rzayeva Mülkünaz Zeynal qızı intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.