Sabirabadda məktəbdə biabırçılıq - Dəhlizdə xoruz gəzir, həyətdə qoyunlar otlayır / VİDEO

Azərbaycanda məktəblərin birində birabırçı hal müşahidə olunub.

Stopnarkotik.az Unikal.az-a istinadən xəbər verir ki, Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbinin içərisində xoruzlar gəzir, həyətində isə qoyunlar otlayır.

Məktəbdə hökm sürən vəziyyətin səbəbi hələlik məlum deyil.

Mil-Muğan Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, görüntü ilə bağlı məsələ araşdırılır.