Sabirabad rayonunun Ulacalı kəndi ərazisində yabanı halda bitən, yaş halda ümumi çəkisi 2 ton 180 kiloqram olan 3120 ədəd çətənə kolu aşkarlanlb.
Stopnarkotik.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.