Ötən ilin sentyabrın 24-də Sabirabad rayon sakini Ceyhun Mehdiyevə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Stopnarkotik.az xəbər verir ki, istintaqla Salyan rayon sakini Elmin Abdullayevin Sabirabad rayonunun Xankeçən kəndi ərazisində xuliqanlıq niyyəti ilə Ceyhun Mehtiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elmin Abdullayevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.