Təqaüddə olan sabiq polis rəisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin sabiq rəisi polkovnik Məşədiyev Natiq Hüseyn oğlu ona ayrılan təqaüdün azlığından narazıdır.
Sabiq rəis məhkəmədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatı üzrə" iddia qaldırıb.
İşə Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın sədrliyi ilə baxılacaq.