Türkiyədə sabiq nazir olan Abdüllatif Şenerin oğlu Bedirhan Şener ana nənəsini girov götürdükdən sonra onu güllələyərək öldürüb.
Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada yaşadıqları evdə nənəsi ilə mübahisə edən Bedirhan Şener daha sonra onu silahla girov götürüb.
Hadisə yerinə polis və xüsusi xilasetmə qrupları gəlsə də nənəsini B. Şenerin əlindən almaq mümkün olmayıb və o nənəsi Leyla Çetineri tapança ilə vuraraq öldürüb.
Daha sonra o polislər tərəfindən saxlanılaraq həbs olunub.
Abdüllatif Şener isə yerli KİV-ə açıqlama verərək, "Psixoloji problemləri olan oğlum qarşısındakı şəxsin nənəsi olduğunu bilmədən onu öldürdü. Çox təəssüf edirik. Oğlumun anasını öldürməsi ilə bağlı deyilənlər isə doğru deyil", - deyib.
Qeyd edək ki, Abdüllatif Şener 2001-ci ildə qurulan hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olub və 2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Sivas millət vəkili seçilib. 2002-2007-ci illərdə Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın qurduqları hökumətlərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.