Azərbaycanın keçmiş mədəniyyət naziri Anar Kərimova yeni vəzifə verilib.
Stopnarkotik.az xəbər verir ki, o, ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, 2021-ci ilin yanvarında mədəniyyət naziri təyin edilən Anar Kərimov cəmi 11 ay bu vəzifədə işləyib. O, 2022-ci ilin dekabr ayında işdən çıxarılıb. Onun yerinə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışan Adil Kərimli gətirilib.