Saatlıda ətraf mühiti çirkləndirən şəxslərə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Qara Nuru kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb.
Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub və qayda pozuntusuna yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.