Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Facebook-da "Bidzina İvanişvilinin rejimini" Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmaqda günahlandırıb.
"İş ondadır ki, Azərbaycan Ermənistana müntəzəm olaraq neft məhsulları tədarükü ilə bağlı tarixi bir qərar verdi ki, bu da hazırda yalnız Gürcüstan Dəmir Yolları vasitəsilə mümkündür. İvanişvili elə tarif təyin edib ki, dərhal imtina etməsi daha yaxşı olardı.
Mümkün deyil ki, İvanişvili heç kimin belə bir tarifi ödəyə bilməyəcəyini bilməsin. Buna görə də, burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlaşma siyasətinin qarşısını almaqdır. Bilmirəm, onlar (Gürcüstan hakimiyyəti) Trampın diqqətini cəlb etmək istəyirlər, yoxsa sadəcə Moskvanın tapşırıqlarını yerinə yetirirlər".
Stopnarkotik.az