ABŞ qüvvələri Venesuela sahillərində neft tankerini ələ keçiriblər. Bu barədə “Bloomberg” mənbələrinə istinadən bildirir. Agentlik qeyd edir ki, bu, ölkələr arasında gərginliyin ciddi şəkildə artdığını göstərir.
Gəminin ələ keçirilməsi Venesuela neftinin ixracını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, çünki digər təchizatçılar onun yüklərini öz gəmilərinə yükləmək istəməyəcəklər.
Venesuela neftinin əksəriyyəti sanksiyalar riski səbəbindən Çinə vasitəçilərin köməyilə endirimlərlə göndərilir.
Stopnarkotik.az