“Ruslar ölən Şimali Koreya əsgərlərinin üzlərini yandırır” – ZELENSKİDƏN ŞOK İDDİA / VİDEO

Rusiya cəbhədə ölən Şimali Koreya əsgərlərinin varlığını gizlətmək üçün onların üzlərini yandırır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından paylaşım edib.

Zelenski bu iddiası ilə bağlı bir video da yayımlayıb və bunları yazıb:

“Ruslar öldürülən Şimali Koreya əsgərlərinin üzlərini yandırmağa çalışırlar. Bu, hazırda Rusiyada geniş yayılmış insani dəyərlərə hörmətsizliyin göstəricisidir. Şimali Koreya əsgərlərinin Rusiya Prezidenti Vladimir Putin adına döyüşüb, ölmək üçün heç bir səbəbi yoxdur. Onlar öldükdən sonra belə aşağılanırlar. Bu çılğınlığa son qoyulmalıdır”.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, Şimali Koreya Rusiyaya 10 min hərbçi göndərib./azpolitika.info