Ruslar Donetskdə 2 min vaqondan barrikada qurub - FOTOLAR

Rusiya qüvvələri Donetskdə 2000 vaqondan ibarət 20 mil uzunluğunda (təxinən 32 kilometr-red.) barrikada qurub.

Bu barədə sosial şəbəkələrdə peyk görüntüləri yayımlanıb.

Hərbi mənbələrin bildirdiyinə görə, Rusiya bu yolla Ukraynanın gələcək hücumlarının qarşısını almağı planlayır.

Məlumata görə, istehkam kimi istifadə olunan vaqonların bir çoxu işğal olunmuş Ukrayna ərazilərindən oğurlanıb.