Son illərin ən böyük narkotik bağlaması Rusiyanın Sankt-Peterburq limanında yaxalanıb.
Stopnarkotik.az yenisabah.az-a istinadən xəbər verir ki, Sərhəd Gömrük Mühafizə bölməsinin verdiyi açıqlamada Belçikadan Sankt-Peterburq limanına gələn banan qutularında 100 kq kokain aşkarlanıb.
Gömrükçülər tərəfindən aşkar edilən psixoaktiv maddə içərisində meyvə olan qablarda daşınıb.
Texnoloji soyutma qurğusunun boşluqlarına yerləşdirilən kokain paketləri aşkar edilib. Müsadirə edilən narkotik vasitələrin marşrutu ilə bağlı əldə edilən məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin istintaq bölmələrinə göndərilib.
Qadağan olunmuş maddələrin yayılması ilə bağlı 2 cinayət işi açılıb.