"Rusiya yardım üçün KTMT ölkələrinə müraciət etməyəcək".
Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yerli mətbuata bildirib.
"KTMT-nin əsas ölkəsi olan Rusiyanın öz ərazisində kimdənsə kömək istəməsi təəccüblü olardı. Kursk bölgəsində Rusiyaya kömək etmək üçün kimi cəlb edəcəksiniz? Qazaxları, yoxsa erməniləri köməyə çağırmaq istəyirsən? Bir az axmaq suallar verirsiniz", - deputat jurnalistin sualına əsəbi halda cavab verib.