Türkiyənin paytaxtı Ankarada 7 il əvvəl öldürülən Rusiya səfiri Andrey Karlova sui-qəsd təşkil edən Mevlüt Mert Altıntaşın təşkilat daxilində tabe olduğu Ş.S.-ın həyat yoldaşı A.S. ələ keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Hadisənin təfərrüatları məlum deyil.
Qeyd edək ki, A.Karlov 2016-cı il dekabrın 19-da Ankarada öldürülüb.