Rusiyalı general saxlanıldı

Rusiya polisi Dərbənd Kadet Korpusunun (İnternat məktəbi) direktoru, general-mayor Ammai Şahbanovu dörd milyon rublu mənimsəməkdə şübhəli bilinərək saxlayıblar.

Bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Saxlanılan şəxs barəsində “Dələduzluq” və “Mənimsəmə və ya israf etmə” maddələri ilə cinayət işi başlanıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.