Rusiyada olan tacik diasporu Tacikistan vətəndaşlarına axşamlar evlərini tərk etməməyi tövsiyə edib.
Stopnarkotik.az Rusiya teleqram kanallarına istinadən bildirir ki, tacik icmalarının rəhbərləri həmvətənlər üçün tövsiyələr hazırlayıblar. Onlara ictimai tədbirlərdə iştirak etməmək və axşam işdən sonra evdən çıxmamaq tapşırılıb. Həmçinin, bir sıra işəgötürənlər öz işçiləri olan Tacikistan vətəndaşlarından cari şəxsi məlumatları - tam adı, pasport məlumatları və yaşayış yeri haqqında məlumatları təqdim etməyi xahiş ediblər.