Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi yalnız valideynlərin razılığı ilə veriləcək xüsusi uşaq SIM kartlarının istifadəyə veriləcəyini elan etdi.
Stopnarkotik.az xəbər verir ki, bu kartlar sayəsində valideyinlər rəsmi müraciət etmədən uşaqlarının geolokasiya məlumatlarını əldə edə biləcəklər.
Bu yenilik təhlükəsizliyin artırılmasına və uşaqların hərəkətlərinin izlənməsinə yönəlib. SIM kartlar valideynlər tərəfindən parametrləri tənzimlənə bilən internet məzmun filtrləri ilə təchiz olunacaq.
Stopnarkotik.az