Rusiyanın Samara vilayətində, Novokuybışevsk şəhərindəki neft emalı zavodunda partlayış olub.
Stopnarkotik.az xəbər verir ki, zavoda dronla hücum edilib.
"Samara vilayətində neft emalı zavodunun kolonu dronun düşməsindən sonra yanıb", - "Ria Novosti" yazıb.
Xəsarət alanların olmadığı bildirilib.
Qeyd edək ki, Samara vilayəti Rusiyanın Qazaxıstanla sərhədyanı bölgəsidir.