Rusiya Dövlət Duması narkotik vasitələrin təbliğatını qadağan edən qanunu təsdiqləyib.
Sənəddə bu qəbildən olan maddə, psixotrop xarakterli dərman preparatları və ya onların prekursorlarının kütləvi informasiya vasitələrində təbliği, eləcə də açıq şəkildə nümayiş etdirilməsi qadağan olduğu göstərilib.
Layihəyə əsasən, ədəbiyyat və incəsənət nümunələri bədii təxəyyül məhsulları hesab olunduğundan bu qanunun təsir dairəsinə daxil deyil.