Rusiyada naməlum şəxs hərbi komissarlığı yandırmağa cəhd göstərib

Rusiyanın Zabaykalye vilayətində naməlum şəxs hərbi komissarlığı yandırmağa cəhd göstərib.

Bu barədə "SHOT" telegram kanalı məlumat yayıb.

Məlumata görə, "UAZ" markalı avtomobildə olan şəxs Çernışevsk qəsəbəsində hərbi komissarlığa yanan parça ataraq onu yandırmağa cəhd edib. Lakin yanan parça girişdə yerə düşüb və sönüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi axtarır.

Qeyd edək ki, bundan əvvəl Sverdlovsk vilayətinin Polevskoy şəhərində 45 yaşlı naməlum şəxs hərbi komissarlığı “Molotov kokteyli” ilə yandırmaq istəyib.