Rusiyada kriptovalyuta qanuniləşdi

Rusiya prezidenti Vladimir Putin noyabrdan kriptovalyutanın yaradılması və satışına icazə verən qanunu təsdiqləyib.

Stopnarkotik.az RİA “Novosti”yə istinadən xəbərinə görə, sənəddə bu fəaliyyətin Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin reyestrinə daxil edilən hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsi qaydaları müəyyən edilib.

Göstərilib ki, adları reyestrə daxil edilməyən subyektlər isə dövlət tərəfindən müəyyən edilmiş elektrik enerjisi kvotasını pozmadan kriptovalyuta ticarəti ilə məşğul ola bilərlər.