Oktyabrın 10-na keçən gecə Ukrayna PUA-ları Rusiyanın Adıgey bölgəsindəki hərbi aerodroma hücum edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya mətbuatı hadisə şahidlərinə istinadla xəbər verir ki, gecə saatlarında Ukrayna PUA-ları Maykop yaxınlığındakı Xanskaya kəndi ərazisində yerləşən hərbi aerodromu vurub.
Ukrayna və Rusiya teleqram kanallarında yerli sakinlər tərəfindən çəkilən videolar yayımlanıb.
“Xanskaya” hərbi aerodromu Xanskaya kəndindən 3 km şərqdə, Maykop şəhərindən 6 km şimal-qərbdə yerləşir. Buranın böyük aviabaza olduğu bildirilir.
“Astra” kanalı NASA-nın yanğın monitorinq sisteminə istinadla yazıb ki, gecə hücumundan sonra Adıgeydəki “Xanskaya” hərbi aerodromunun yaxınlığında güclü yanğın qeydə alınıb.
Adıgeyin başçısı Murat Kumpilov hərbi aerodroma zərbə endirilməsini təsdiqləyərək, aerodrom yaxınlığındakı kəndin əhalisinin təxliyə edildiyini deyib.
Video linkdə: https://video.antikor.com.ua/vd/728629-1.mp4