Rusiyada hər hansı erotik məclislər ciddi şəkildə qadağan ediləcək. Striptiz-klublara qadağa da gündəmdədir.
Stopnarkotik.az xəbər verir ki, Rusiya hakimiyyət mənəvi dəyərlər uğrunda mübarizəyə yönəlmiş yeni addımları nəzərdən keçirir. Xüsusilə, regional hakimiyyət orqanlarına erotik kontekstdə olan hər hansı bir məclislərə ciddi qadağa tətbiq etmək tövsiyə olunur.
"Biz müharibə vəziyyətindəyik. Bəziləri döyüşərkən, bəziləri əylənir. Vətənpərvər musiqi sədaları altında rəqs etmək bir şeydir, orgiyalar təşkil etmək başqa bir şeydir", deyə hökumətdəki mənbə bildirib.
Mənbə qeyd edir ki, elitada güclü gey lobbisi qalmaqdadır. Onun nümayəndələri gərginliyi azaltmağa çalışırlar.
“Hər kəs başa düşür ki, istənilən iştirak mediaya düşə bilər. İştirakçılar üçün nəticələr gözlənilməz ola bilər”, deyə mənbə bildirib.
"Hələlik striptiz klubları fəaliyyətini davam etdirəcək. Amma onların qadağan olunması məsələsinə sonradan baxıla bilər", - mənbə bildirib.
Stopnarkotik.az