Rusiyada Ermənistan istehsalı olan mineral su satışdan çıxarılıb

Rusiyanın Krasnodar diyarında Ermənistan istehsalı olan "Jermuk" mineral suyu satışdan çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatorunun müavini Aleksandr Ruppel bildirib.

"Regional istehlak xidmətləri şöbəsi onların satışdan çıxarılmasının zəruriliyi barədə 134 federal və regional şəbəkəyə operativ məlumat verib. Məhsullar satışdan çıxarılıb”, - qubernator müavini bildirib.

Rospotrebnadzor hazırda mineral sudan nümunələr götürüb.

Xatırladaq ki, ötən gün Rusiyada "Jermuk" suyunu içən Vladiqafqaz sakini mədəsinin yanması səbəbindən ölüb.

Məlumata əsasən, Ermənistan istehsalı "Jermuk" mineral suyu adı altında sirkə içdikdən sonra qida borusunun yanıq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.