Rusiyada daha bir azərbaycanlı saxlanıldı

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

Bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 

Bildirilib ki, həmin şəxs Stavropol diyarında saxlanılıb. 

İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı  kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb.