Rusiyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağası gündəmdədir

Rusiya parlamentinin Dağıstanlı deputatı Sultan Həmzəyev 16 yaşdan kiçik uşaqların sosial mediada qeydiyyatdan keçməsinin qadağan edilməsini təklif edib.

Xəmzəyev bildirir ki, bu tədbir yetkinlik yaşına çatmayanları pornoqrafiya, narkotik məlumatları və saxta xəbərlər kimi təhlükəli məzmundan qoruyacaq.

Parlament üzvü Dövlət Dumasında keçirilən dəyirmi masa müzakirəsi zamanı bildirib ki, "Heç kim evdə, məktəbdə filtrlər quraşdırmır. Onlar, mahiyyət etibarilə, bədbəxt nəsildir; onların problemi ondadır ki, bizim nəslin az-çox var olan filtrləri onlar üçün işləmir".

Həmzəyev hesab edir ki, Rusiya uşaqları qorumaq üçün internet məhdudiyyətləri tətbiq edən digər ölkələrin təcrübəsindən öyrənməlidir. O bildirib ki, məsuliyyət uyğunsuz məzmuna çıxış təmin edən rəqəmsal platformaların sahiblərinin üzərinə qoyulmalıdır.

Stopnarkotik.az