Rusiya XİN-in əməkdaşı oteldə ölü tapıldı

Rusiyalı diplomatın oteldə meyiti tapılıb.

Hadisə İstanbulda Taksim yaxınlığındakı otellərdən birində qeydə alınıb. İstanbula iclasa qatılan  Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı 62 yaşlı Nikolay Kobrinets yerləşdiyi oteldə müəmmalı şəkildə ölüb.

Diplomatla əlaqə saxlaya bilməyən Rusiya konsulluğun əməkdaşları otelin işçisi ilə birgə otağa daxil olublar. Onlar Kobrinetsi yatağında hərəkətsiz halda tapıblar.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin özünün “Telegram” kanalında Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin rəhbəri Nikolay Kobrinetsin vəfatını açıqlayıb:

“Kədərli xəbərdir. Gözəl insan, yüksək peşəkar səviyyəli diplomat, səfir Nikolay Kobrinets dünyasını dəyişdi. 60 yaşı yeni tamam olmuşdu. Biz onu xatırlayacağıq!” – deyə şərhində qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi isə öz “Telegram” kanalında diplomatın oktyabrın 12-də dünyasını dəyişdiyini bildirib.
Kobrinets 21 dekabr 1961-ci ildə Moskvada anadan olub. Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə Rusiya Federasiyasının Aİ yanında daimi nümayəndəsinin müavini, 2011-2012-ci illərdə Pan-Avropa Əməkdaşlıq Departamentinin direktor müavini vəzifələrində çalışıb.

2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin Pan-Avropa Əməkdaşlıq Departamentinə rəhbərlik edib./“qazeta.ru”