Rusiya XİN: MDB Azərbaycan və Ermənistan üçün təhlükəli deyil

Moskva Ermənistan və Azərbaycanın MDB-də üzvlüyünü davam etdirmək üçün təhlükə görmür. 

Rusiya Xarici İşlər Nazirliyi Yerevan və Bakı arasında münasibətlərin normallaşdığını qeyd edir. Bunu “RİA Novosti”yə Rusiya XİN nazirinin müavini Aleksandr Pankin bildirib.

“Kimdən gələn təhdidlər? Kim üçün və kim tərəfindən? Əslində MDB-yə üzvlük könüllüdür. Təhlükə sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, həm də MDB-də gələcək iştirak üçün müsbət amil olacaqdır”, nazir müavini bildirib.

Stopnarkotik.az