Belarusun Mogilyov şəhərində İttifaq ölkələrinin Daxili İşlər Nazirliklərinin Birgə Kollegiyasının iclası keçirilib və burada Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev transmilli narkotik şəbəkəsinin ifşası üzrə əməliyyat haqqında danışıb.
Məlum olub ki, 2024-cü ilin noyabrında Rusiya və Belarus təhlükəsizlik qüvvələri birlikdə Avropa İttifaqından Rusiyaya sintetik narkotiklərin tədarükü kanalını bağlayıb. Daha sonra Belarusda beynəlxalq mütəşəkkil cinayətkar dəstənin təşkilatçısı saxlanılıb və ondan 220 kiloqramdan artıq klefedron aşkar edilərək götürülüb. Moskva vilayətində növbəti birgə tədbirlər zamanı bu qaçaqmal yükün alıcısını da müəyyən etmək mümkün olub.
Stopnarkotik.az