Rusiya və ABŞ-dan İDDİA: Meksika narkokartelləri ilə Əfqanıstan terrorçuları əməkdaşlıq edir

Meksika narkokartellərinin Əfqanıstanda Əl-Qaidə döyüşçülərinin bir neçə təlim düşərgəsini  maliyyələşdirdiyinə dair son sızıntılar haqqında çoxlu müzakirələr gedir. Yerli siyasətçilərdəki məlumata görə, Latın Amerikası kriminal qrupları da bu düşərgələrdə təlim keçmiş silahlıların Meksika sərhədindən ABŞ-a keçirilməsinə köməklik ediblər.

Bəs necə oldu Əfqanıstan terrorçuları ilə Meksika narkokartellərinin adı yanaşı çəkilməyə başladı və qabardıldı ki, görməyən, eşitməyən qalmasın? Sözsüz ki, nə Əfqanıstanın narkotik tərcümeyi-halını təmizə çıxarmaq, nə də Meksika narkokartelərinin məsumluğunu iddia etməyə hazırlaşmırıq.  

Təxminlərə görə, Meksikanın kriminal imperiyası ilə Əfqanıstandakı terror şəbəkələri arasında əlaqə narkotik ticarəti infrastrukturu üzərində qurulub. Deyilənə görə, Taliban rejimi bu narkotik ticarəti vasitəçiliyindən nəinki öz payını alır, həm də bu beynəlxalq layihədə əsas pay sahibi kimi çıxış edir. Taliban və narkotik kartelləri arasında əməkdaşlıq problemi təkcə amerikalıları narahat etmir. Eləcə də Moskva, transmilli kriminal şəbəkələri (narkotik kartellər) və digər terror şəbəkələri arasında qarşılıqlı əlaqənin qlobal təhlükəsizlik balansını dəyişə biləcəyini dilə gətirərək, məsələni xüsusi canfəşanlıqla qabardır.

Ekspertlər bildirir ki, mütəşəkkil cinayətkarlıqla beynəlxalq terror arasında sərhəd getdikcə daha çox “silinir”. Meksikalı kartellərin terror şəbəkələrilə əməkdaşlığından ABŞ kəşfiyyat agentlikləri və onların müttəfiqləri ciddi narahatlıq ifadə edirlər. Kartellərin onilliklər ərzində qurduqları gizli qaçaqmalçılıq şəbəkələri Əl-Qaidə döyüşçülərinin aşkar edilmədən ABŞ-a daxil olması üçün əlverişli marşrutlar verir. Amma xüsusi canfəşanlıqla bunu dilə gətirmələr "zərbədən əvvəlki bəhanə"yə oxşayır. 

Moskva isə hərçənd kii, terrorçu qrupların Əfqanıstandan Mərkəzi Asiyaya sızmasından və Rusiya ərazisinə yayılmasından qorxduğunu dilə gətirir, bunu özü üçün milli təhlükəsizlik təhdid sayır, bu qrupların yenidən Şimali Qafqazda silahlıları və ya rus əsilli islamçıları aktivləşdirə biləcəyini elan edir, amma təzadlı şəkildə Taliban rejimini tanıyıb. Moskvani buna nəyin vadar etdiyi maraq doğurur. Görünür, heç nəyə baxmayaraq Moskva beynəlxalq narkoticarətin “qazanclı bəhrələri”ndən kənarda qalmaq istəmir.

Tacikistan, Özbəkistan və Türkmənistan coğrafi mövqeyinə görə Əfqanıstan narkotiklərinin Rusiya və Avropaya daşınması üçün tranzit dəhlizidirlər. Taliban və onların xarici havadarları (məsələn, Meksika kartelləri) tərəfindən narkotik istehsalı və ixracının artması bütün bu ölkələr üçün ciddi təhlükədir. Bəs hadisələr necə cərəyan edə bilər?

Meksikalı kartellər tərəfindən Əl-Qaidənin davamlı maliyyələşdirilməsi və Talibanın narkotik pulları hesablna maliyyələşməsinin artması ilə Əfqanıstanda qrupların fəaliyyəti arta bilər. Təbii ki, bu ehtimalların real əsası varsa. Rusiya da Əfqanıstandan Mərkəzi Asiyaya narkotik, terror və silah qaçaqmalçılığı marşrutlarını bəhanə gətirərək, bu ölkələrin və Rusiyanın sərhədlərinin təhlükəsizliyinin ciddi təhdid altına düşdüyünü bəhanə gətirərək.   vəziyyətə “daha fəal müdaxilə etməli olacağı”nı elan edəcək. Məsələn, Moskva KTMT çərçivəsində Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində “əməkdaşlığı gücləndirə” bilər, daha doğrusu onları buna sürükləyə bilər. Rusiya Tacikistan və Qırğızıstanda bazalarını gücləndirməyə çalışa bilər. Cihadçı şəbəkələrə maliyyə və silah axınının qarşısını almaq bəhanəsi ilə birgə kəşfiyyat və antiterror əməliyyatlarını gündəmə gətirə bilər ki, bu da dolayısı ilə Rusiyanın əlinə oynayacaq. Elə ABŞ-ın da. Görünür, Meksika narkokartellərinin başına havadan, dənizdən "od ələməyə" hazırlıq görən Vaşqinton ilə Rusiya Çinin qulağının dibində "narkoterror" bəhanəsi ilə Pekinin "partlama" etməyin "himini tökürlər". 

Stopnarkotik.az