Rusiya Ukraynada ərzaq mağazasına raket atdı: 49 nəfər öldü

 

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində ərzaq dükanına havadan zərbə endirməsi nəticəsində 49 nəfər ölüb, 6 nəfər yaralanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, raket zərbəsi adi ərzaq dükanına endirilib: "Hadisə Xarkov vilayətinin Kupyansk rayonunda baş verib. Bu, terror aktıdır”.

Xarkov vilayəti hərbi administrasiyasının məlumatına görə, Qroza kəndi hücuma məruz qalıb və nəticədə 49 nəfər ölüb.

Qroza kəndində vurulan mağazadan 6 yaşlı uşağın cəsədi də çıxarılıb.