Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını açıqladılar

Finlandiya Rusiya sərhədinin təxminən 2 ay daha bağlı qalacağını açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu haqda Finlandiyanın daxili işlər naziri Mari Rantanen paytaxt Helsinkidə keçirilən mətbuat konfransındakı çıxışında deyib.

Rusiyadan immiqrasiyanın Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhdid yaratdığını deyən Rantanen, Moskvanın mühacirləri Finlandiya sərhədinə doğru istiqamətləndirən “hibrid əməliyyatını” dayandırdığına dair heç bir əlamət görmədiklərini bildirib.

Rantanen bu səbəbdən Rusiya ilə sərhədin bağlanması qərarının aprelin 14-dək uzadıldığını bəyan edib.