Rusiya səfirliyindən erməni blogerlə jurnalistin saxlanılmasına reaksiya

Bloger Mika Badalyanın və “Sputnik Ermənistan”ın” köşə yazarı Aşot Gevorkyanın saxlanması ilə bağlı vəziyyəti diqqətlə izləyirik.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Biz bu xəbər agentliyinin redaktorları ilə əlaqə saxlayırıq. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Saxlanılanların taleyindən narahatıq və baş verənlərin şəraitini aydınlaşdırmaq üçün addımlar atacağıq”, - deyə bildirilib.