Rusiya ordusunda xidmət etmək istəməyən iki nəfər intihar etdi

Rusiya ordusunda xidmət etmək üçün müqavilə bağlamağa məcbur etdikləri iki antiterror əməliyyatı iştirakçısı Xerson vilayətinin müvəqqəti işğal olunmuş hissəsində intihar edib - özlərini asıblar. 

Bu barədə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov “Facebook”da yazıb.

"İşğal edilmiş Xerson vilayətində işğalçıların Rusiya ordusunda xidmət etmək üçün müqavilə bağlamağa məcbur etdiyi ən azı iki antiterror əməliyyatı iştirakçısı özünü asıb", - Danilov bildirib.

Xatırladaq ki, oktyabrın 1-dən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində ilin sonuna qədər davam edəcək Rusiya ordusuna çağırış başlayıb./lent.az