Rusiya ordusu Donetskdə kəndi bombaladı - ÇOX SAYDA ÖLƏN VAR / VİDEO

Rusiya ordusu Donetsk bölgəsindəki Yarovaya kəndində zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, 20-dən çox ölü var.

Ukrayna lideri diqqətə çatdırıb ki, kənd pensiya verildiyi zaman bombalanıb.

“Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın reaksiyası lazımdır. Avropanın reaksiyası lazımdır”, - Zelenski qeyd edib.