Rusiya ordu rəhbərliyinin yeni “fırıldağı” - “Dinc peşə” adı ilə orduya cəlb edilənlər hara göndərilir?

Rusiya ordu rəhbərliyi rusiyalıları kütləvi şəkildə Ukraynaya ölümə göndərməyin yeni “üsulunu” icad ediblər.

Belə ki, Ukraynaya qarşı müharibəyə "dinc peşələr" adı ilə müqavilə əsasında cəlb edilən ruslar mina təmizləməyə və hücum bölmələrinə cəlb olunur.

Bu barədə Rusiyanın “Biz izah edə bilərik” layihəsi məlumat yayıb: “Hərbçilərin yaxınları deyirlər ki, aşpazlar və feldşerlər kimi “dinc peşələr” üzrə müqavilə bağlayan şəxslər mina təmizləyən və hücum dəstələrinin üzvləri kimi istifadə olunur. İndi bu adamlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilələrini də poza bilmirlər. Bir qadın onun rəfiqəsinin oğluna yaxın olmaq üçün aşpaz kimi müharibəyə getdiyini deyir. Bir həftə sonra o, aşpaz yox, UAZ sürücüsü kimi işə cəlb olunmasından şikayətlənib. Bundan sonra qadınla əlaqə itib”.

Digər bir hərbçinin arvadı jurnalistlərə deyib ki, onun əri sürücü işləmək üçün müqavilə imzalayıb, lakin indi mina təmizləməklə məşğuldur və hətta tağım rəisinin müavini təyin edilib. Məlumatda həmçinin Donetsk vilayətində 60 yaşlı həkimin hücum dəstəsinə köçürülərək, döyüşməyə məcbur edildiyi bildirilir. Qeyd olunur ki, bu hallar kütləvi xarakter daşıyır.