Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı deyib.
O bildirib ki, bu proses uzun müddət əvvəl yekunlaşıb.
"Hər şey öz yerində, yaxşı vəziyyətdədir" - deyə Lukaşenko əlavə edib.
Qeyd edək ki, dekabrın 25-də Avrasiya İqtisadi İttifaqı liderlərinin məhdud tərkibdə görüşü keçirilib.
Məhdud tərkibdə görüş media üçün qapalı olub. Avrasiya İqtisadi İttifaqı liderləri bağlı qapılar arxasında danışıqlar aparıblar.