Rusiya “kütləvi nüvə zərbəsi” təlimi keçirdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında nüvə silahının qarşısının alınmasına dair təlim keçirilib.

“Təlim zamanı ballistik və qanadlı raketlərin praktiki buraxılışları həyata keçirilib”, - deyə Kremlin rəsmi saytında dərc olunan məlumatda deyilir.

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, təlim düşmənin nüvə zərbəsinə cavab olaraq strateji hücum qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək məsələlərinin işlənib hazırlanmasını əhatə edib.

Plesetsk sınaq kosmodromundan Kamçatkadakı Kura poliqonuna “Yars” qitələrarası ballistik raketinin, Barents dənizindəki strateji təyinatlı “Tula” nüvə raket sualtı kreyserindən isə “Sineva” ballistik raketinin buraxılışı həyata keçirilib. Təlimdə qanadlı raketləri buraxan “Tu-95MS” uzaqmənzilli aviasiya təyyarələri iştirak edib.

Rusiya Müdafiə Nazirliyi raketlərin buraxılmasının videosunu paylaşıb.

Mənbə: dw.com