Rusiya ilə sərhəddə 100-ə yaxın maşın toqquşdu - VİDEO / YENİLƏNİB

Qazaxıstanın Rusiya ilə sərhədində yerləşən Akmola vilayətində sürücülərin sürət rejimini və məsafəni pozması nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, qəza Janatalap kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində baş verib.

Hazırda hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları tədbirlər görür. Avtomobillərin təxliyəsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi həyata keçirilir.

Daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.

***15:05

Qazaxıstanın Rusiya ilə sərhədinə yaxın ərazidə zəncirvari qəza baş verib.

"Sputnik Qazaxıstan" xəbər verir ki, Astana-Şuçinsk magistral yolunda 40-dan çox avtomobil toqquşub.

Hadisəyə səbəb yolun buz tutması və güclü qar fırtınası olub.

Hazırda yol bağlıdır və nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.